Mühasib

Mühasib
  • Maliyyə bölməsi
  • STP ALUMINIUM
  • Elanın yerləşdirmə tarixi: 2023-10-06
Namizədə olan tələblər:
  • Operativlilik və qərar qəbul etmək bacarıqlarına malik olmalı;
  • Böyük həcimli məlumatlarla işləmək bacarıqlarına malik olmalı;
  • Peşəkar ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmalı;
  • Güclü təşkilati bacarıqlara malik olmalı;
  • İşgüzar yazışma əsaslarını bilməli;
  • Yenilikçi, aktiv və komandada işləmək bacarığına malik olmalı;
  • Analitik düşünmə qabiliyyətinə malik olmalıdır.

Ümumi vəzifə öhdəlikləri:
  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı yerinə yetirmək;
  • Pul vəsaitlərinin əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirmək;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak etmək;
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;

Namizədə olan əlavə tələblər:

Yoxdur