Namizədə olan tələblər:
- Sənaye energetikası, istilik energetikası, istehsalat proseslərinin avtomatlaşdırılması və ya mühəndis iqtisadiyyatı istiqamətləri üzrə ali texniki təhsil.
- İstehsalat müəssisəsində müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
- Enerji analitiki, enerji səmərəliliyi üzrə mühəndis, texnoloq və ya optimallaşdırma yönümlü energetik vəzifələrində iş təcrübəsi.
- MS Excel proqramı üzrə yüksək səviyyədə bilik (Pivot cədvəllər, mürəkkəb düsturlar və modelləşdirmə).
- BI alətləri (Power BI və s.) ilə iş təcrübəsi üstünlükdür.
- Enerji uçotu sistemlərinin (ASKUE, SCADA) iş prinsiplərini anlamaq və ERP sistemləri ilə baza səviyyəsində iş təcrübəsi.
- İqtisadi səmərəliliyin (ROI, geriödəmə müddəti) hesablanması və texniki göstəricilərin maliyyə nəticələri ilə əlaqələndirilməsi bacarığı.
- İstehsalat göstəriciləri (OEE, boşdayanmalar, güclərin yüklənməsi) və Lean / ISO 50001 prinsipləri üzrə baza bilikləri.
Ümumi vəzifə öhdəlikləri:
- Bütün növ enerji resursları (elektrik enerjisi, qaz, su, sıxılmış hava və buxar) üzrə sexlər, istehsal xətləri və məhsul növləri kəsimində xüsusi sərfiyyat normalarının hazırlanması və mütəmadi olaraq aktuallaşdırılması.
- Enerji istehlakının gündəlik və həftəlik plan-fakt analizinin aparılması, kəskin kənarlaşmaların müəyyən edilməsi.
- Məhsulun maya dəyərində enerji xərclərinin payının hesablanması.
- İstehsalat sahələrində daxili enerji auditlərinin keçirilməsi.
- Gizli enerji itkilərinin müəyyən edilməsi və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi. Buraya avadanlıqların boş işləməsi, sıxılmış hava və qaz sızmaları, qeyri-optimal qızdırma və soyutma rejimləri, sazlama və boşdayanmalar zamanı artıq enerji sərfinin müəyyən edilməsi daxildir.
- Pik yüklənmələrin təhlil edilməsi və Planlaşdırma şöbəsi ilə birgə yüksək enerji tutumlu avadanlıqların iş qrafikinin optimallaşdırılması üzrə təkliflərin hazırlanması.
- İstehsalat planı (S&OP, aylıq və illik qrafiklər) əsasında enerji resurslarına olan tələbatın proqnozlaşdırılması.
- Enerji büdcəsinin formalaşdırılmasında iştirak edilməsi və büdcənin icrasına nəzarətin həyata keçirilməsi.
- İstehsal xətləri və növbələr üzrə enerji səmərəliliyi göstəricilərini əks etdirən dashboard-ların qurulması və mütəmadi aparılması.
- Əsas enerji istehlakı nöqtələrində lokal sayğacların (sub-sayğacların) quraşdırılması təşəbbüsünün irəli sürülməsi.
- ASKUE və ERP sistemlərindən əldə edilən məlumatların düzgünlüyünə nəzarət edilməsi.
- Enerji xərclərinin azaldılması üzrə təşəbbüslər bazasının formalaşdırılması.
- Təklif olunan təşəbbüslərin iqtisadi səmərəsinin və geriödəmə müddətinin (ROI) hesablanması.
- Enerji menecmenti standartının (ISO 50001) tətbiqinə və davamlı dəstəklənməsinə köməklik göstərilməsi.
Namizədə olan əlavə tələblər:
Yoxdur