SƏTƏM üzrə müfəttiş

SƏTƏM üzrə müfəttiş
  • SƏTƏM şöbəsi
  • STP-HEAVY ENGINEERING
  • Elanın yerləşdirmə tarixi: 2026-10-19
Namizədə olan tələblər:
  • SƏTƏM və Yanğın Söndürmə sahəsində əlavə olaraq peşəkarlıq.
  • Sağlamlıq, Əməyin Mühafizəsi üzrə müvafiq sertifikatlar tələb olunandır.
  • Əməyin Mühafizəsi üzrə Azərbaycan qanunvericiliyi və Beynəlxalq standartlar üzrə iş bilikləri;
  • Əməyin Mühafizəsi sahəsində minimum 5 il iş təcrübəsi. İstehsalat və neft-qaz sahəsində çalışan namizədlərin müraciət arzuolunandır

Ümumi vəzifə öhdəlikləri:
  • İş yerlərində yoxlamalar aparmalı və uyğunluğu təmin etmək üçün müvafiq tədbirlər görülməli;
  • İşçilərin, işəgötürənlərin şikayət və narahatlıqlarını cavablandırmalı, araşdırmalı və müvafiq tədbirlər görməli;
  • İş yerində baş verən hadisələri və xəsarətləri araşdırmalı;
  • İş yerində təhlükəsizlik və sağlamlıq komitələrinin yaradılmasına cavabdeh olmalı və onların fəaliyyətinə nəzarət etməli;
  • Fövqəladə hallara hazırlıq təlimləri, məşqləri keçirməli və fəaliyyət planı ilə birlikdə fövqəladə hallara hazırlıq məşqlərinin hesabatı hazırlamalı;
  • Layihədə iştirak edən subpodratçılar və müxtəlif digər qurumlarlaSƏTƏM öhdəliklərinin müvafiq, düzgün sənədləşdirilməsi və müqavilədə tələb olunduğu kimi yerinə yetirilməsini təmin etmək;
  • İşçilərə müvafiq təlim proqramlarının və məlumatların çatdırılmasında iştirak etmək;
  • Vəziyyətə uyğun olaraq müxtəlif hesabatlar, sənədlər və formalar hazırlamaq;

Namizədə olan əlavə tələblər:

Siz şirkətin sahədəki proqramlarının gündəlik icrasına SƏTƏM İdarə etmə Sistemi əsasında nəzarət etmək üçün məsuliyyət daşıyırsınız. Sizdən həmçinin SƏTƏM məsələləri ilə bağlı məsələlərdə sahə nəzarətçilərinə/menecerlərinə yardım göstərməyiniz və layihənin təhlükəsizlik öhdəliyinə nail olmaqda onlara yaxından dəstək göstərməyiniz gözlənilir.