Namizədə olan tələblər:
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;
- Problem həll etmə və analitik düşünmə qabiliyyətinə malik olmalı;
- ACCA, CFA, CIMA, MBA və ya digər peşəkar maliyyə sertifikatlarının olması üstünlükdür;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.
Ümumi vəzifə öhdəlikləri:
- İllik və uzunmüddətli büdcənin hazırlanması, icrasının monitorinqi və büdcə plan-fakt analizinin aparılmasını təmin etmək;
- Zavodun istehsalat, satış və investisiya fəaliyyətləri üzrə maliyyə planlamasını həyata keçirmək;
- Maliyyə hesabatlarının hazırlanmasına və rəhbərliyə vaxtında təqdim edilməsinə nəzarət etmək;
- Şirkətin pul vəsaitlərinin hərəkətini (Cash Flow) idarə etmək və likvidliyi təmin etmək;
- İstehsalın maya dəyərinin formalaşmasına, məhsul üzrə rentabelliyin və marjanın təhlilinə nəzarət etmək;
- Vergi, mühasibat uçotu və maliyyə hesabatlılığı üzrə qanunvericilik tələblərinə riayət olunmasına nəzarət etmək;
- Daxili maliyyə nəzarəti və risklərin idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini təmin etmək;
- Maliyyə proseslərinin rəqəmsallaşdırılması və ERP sistemləri üzərindən maliyyə məlumatlarının effektiv idarə edilməsini təmin etmək;
- Maliyyə, mühasibatlıq və digər əlaqəli funksiyaların fəaliyyətini koordinasiya etmək və komandanın idarə olunmasını həyata keçirmək;
- Şirkətin maliyyə göstəricilərinin yaxşılaşdırılması və biznes qərarlarının maliyyə baxımından əsaslandırılması üzrə rəhbərliyə tövsiyələr vermək.
Namizədə olan əlavə tələblər:
Yoxdur