Satınalma üzrə aparıcı mütəxəssis

Satınalma üzrə aparıcı mütəxəssis
  • Satınalma Departamenti
  • STP GLOBAL CABLE
  • Elanın yerləşdirmə tarixi: 2026-09-21
Namizədə olan tələblər:
  • Xammal alışı (xüsusi ilə metal alışları) sahəsində 2 il iş təcrübəsinə malik;
  • Avadanlıqlar və onların ehtiyyat hissələrinin alışı ilə əlaqədar təcrübənin olması;
  • Yerli və beynəlxalq bazarlar haqqında məlumatlı olmalı;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;
  • Problem həll etmə və analitik düşünmə qabiliyyətinə malik olmalı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.

Ümumi vəzifə öhdəlikləri:
  • Satınalma prosesini vaxtında, prosedur və proseslərə uyğun olaraq icra etmək;
  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
  • Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
  • Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
  • Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
  • Təchizatçıların seçimi və qiymətləndirilməsi;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
  • Təchizatçı şirkətlərdən qiymət təkliflərinin alınması,təhlilinin aparılması və optimal təkliflərin təqdim olunması;
  • Təchizat işi və dəyişikliklərlə bağlı təchizat üzrə menecerə məlumat verilməsi;
  • ERP sistemində işləmə bacarığının olması.

Namizədə olan əlavə tələblər:

Yoxdur