Neft-Qaz Sektoru Üzrə Layihə Meneceri

Neft-Qaz Sektoru Üzrə Layihə Meneceri
  • Layihələrin İdarəolunması Departamenti
  • STP-HEAVY ENGINEERING
  • Elanın yerləşdirmə tarixi: 2026-09-07
Namizədə olan tələblər:
  • Neft-qaz sektorunda və ya yüksək təzyiqli çənlərin/vessel-lərin istehsalı sahəsində ən azı 5-7 il olmaqla, ümumilikdə 10 ildən artıq iş təcrübəsi və bunun ən azı 4 ilini rəhbər/menecment vəzifəsində keçirmiş olmalı.

Ümumi vəzifə öhdəlikləri:
  • Layihələrin ilkin mərhələdən (konsepsiya, dizayn) istehsal, sınaq və yekun təhvilə qədər bütün həyat dövrünün (Life Cycle) beynəlxalq standartlara uyğun idarə edilməsi.
  • Yüksək Təzyiqli Avadanlıqlar (Vessels) üzrə Nəzarət: Zavodumuzda istehsal olunan yüksək təzyiqli çənlərin və vessel-lərin ASME (Sec. VIII) kimi beynəlxalq standartlara qəti şəkildə uyğun hazırlanmasının təmin edilməsi.
  • Büdcə və Resursların Nəzarəti: Çoxmilyonluq layihə büdcələrinin tərtibi, xərclərə nəzarət, maliyyə proqnozlaşdırılması və resursların səmərəli bölgüsü.
  • Təchizat, İstehsal və Podratçılar: Avadanlıqların, xammalın (sertifikatlı polad plitalar, flanşlar və s.) satınalınması, sex daxili istehsalat, keyfiyyətə nəzarət (QC) və subpodratçıların fəaliyyətinin koordinasiyası
  • Keyfiyyət və HSE (ƏM, Texniki Təhlükəsizlik və Ətraf Mühit): Neft-qaz sektorunun yüksək təhlükəsizlik standartlarına və sıfır bədbəxt hadisə siyasətinə qəti şəkildə riayət olunmasının təmin edilməsi
  • Üçüncü Tərəf İnspeksiyaları (TPI) və Stakeholder-lər: Sifarişçilər, dövlət qurumları, daxili mühəndislik qrupları və beynəlxalq inspeksiya qurumları ilə effektiv əlaqələrin qurulması
  • Risk İdarəetməsi: Layihənin gedişatında yarana biləcək texniki, maliyyə və logistik risklərin əvvəlcədən qiymətləndirilməsi və aradan qaldırılması planlarının hazırlanması.

Namizədə olan əlavə tələblər:

Yoxdur