Mühəndis-mexanik

Mühəndis-mexanik
  • Texniki Xidmət Şöbəsi
  • STP GLOBAL CABLE
  • Elanın yerləşdirmə tarixi: 2026-06-29
Namizədə olan tələblər:
  • Mexaniki ötürücülər, reduktorlar, podşipniklər, pnevmatik və hidravlik sistemlər üzrə biliklər;
  • Texniki çertyojların və avadanlıq sənədlərinin oxunması bacarığı;
  • Problem həll etmə, analitik düşünmə və komanda ilə işləmə bacarığı;
  • AutoCad proqramında sərbəst işləmək bacarığı;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.

Ümumi vəzifə öhdəlikləri:
  • Kabel istehsalı prosesində istifadə olunan avadanlıqların (ekstruderlər, burucu maşınlar, sarıyıcılar, çəkici qurğular və digər istehsal avadanlıqları) texniki vəziyyətinə daimi nəzarəti həyata keçirmək və etibarlı istismarını təmin etmək;
  • Avadanlıqlar üzrə planlı profilaktik xidmət, diaqnostika və cari təmir işlərinin təşkilini və icrasına nəzarəti təmin etmək;
  • Mexaniki nasazlıqların kök səbəblərini (Root Cause Analysis) müəyyən etmək, təhlil etmək və təkrarlanmasının qarşısını almaq üçün düzəldici və qabaqlayıcı tədbirlər hazırlamaq;
  • Avadanlıqların dayanma müddətlərinin minimuma endirilməsi məqsədilə texniki problemlərin operativ həllini təmin etmək;
  • Ehtiyat hissələri, sərf materialları və texniki ləvazimatlara olan tələbatı müəyyən etmək, satınalma prosesində texniki dəstək göstərmək və sifarişlərin hazırlanmasında iştirak etmək;
  • Yeni avadanlıqların quraşdırılması, sazlanması, sınaqdan keçirilməsi və istismara verilməsi proseslərində iştirak etmək, texniki qəbul işlərini həyata keçirmək;
  • Təmir, texniki xidmət və modernizasiya işləri üzrə texniki sənədlərin, aktların, hesabatların və avadanlıq tarixçələrinin hazırlanmasını və düzgün uçotunu təmin etmək;
  • Təmir, texniki xidmət və modernizasiya işləri üzrə texniki sənədlərin, aktların, hesabatların və avadanlıq tarixçələrinin hazırlanmasını və düzgün uçotunu təmin etmək;
  • İstehsalat sahəsində əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Avadanlıqların məhsuldarlığının, etibarlılığının və enerji səmərəliliyinin artırılması istiqamətində təkliflər hazırlamaq və tətbiqində iştirak etmək;

Namizədə olan əlavə tələblər:

Yoxdur