Namizədə olan tələblər:
- Ali təhsil (bakalavr dərəcəsi)
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı (şifahi və yazılı), ingilis dili arzuolunandır
- MS Office proqramları (Word, Excel, Outlook) üzrə yaxşı istifadə bacarığı
- Dəyişən iş şəraitinə uyğunlaşma bacarığı (çeviklik)
- Yüksək ünsiyyət və xidmət yönümlü davranış
- Peşəkar etik qaydalara və məxfilik prinsiplərinə riayət etmə
Ümumi vəzifə öhdəlikləri:
- Qonaqların və kontragentlərin peşəkar şəkildə qarşılanması, qeydiyyata alınması və müvafiq olaraq yönləndirilməsi
- Müəyyən edilmiş təhlükəsizlik prosedurlarına uyğun olaraq giriş-çıxışa nəzarətin təmin edilməsi
- Qeydiyyat jurnalının aparılması və ziyarətçi kartlarının verilməsi
- Daxil olan telefon zənglərinin cavablandırılması və ilkin məlumatın aidiyyatı üzrə təqdim edilməsi
- Rəsmi elektron məktub və sorğulara əsasən qəbul cədvəllərinin formalaşdırılması və gündəlik yenilənməsi
- Daxil olan korrespondensiyaların (məktublar, kuryer bağlamaları, məhsul nümunələri və digər sənədlər daxil olmaqla) qəbul edilməsi, qeydiyyatı və aidiyyatı üzrə yönləndirilməsi
Namizədə olan əlavə tələblər:
Yoxdur