Avtomatika üzrə Aparıcı Mühəndis

Avtomatika üzrə Aparıcı Mühəndis
  • Qrup Əməliyyatlar Departamenti
  • STP MMC
  • Elanın yerləşdirmə tarixi: 2026-06-08
Namizədə olan tələblər:
  • Avtomatika, Elektrik mühəndisliyi, Mexatronika və ya digər uyğun texniki ixtisas üzrə ali təhsil;
  • İstehsalat müəssisələrində avtomatika sistemlərinin istismarı, texniki xidməti və təmiri sahəsində minimum 3 il iş təcrübəsi;
  • Sənaye avtomatlaşdırma sistemləri və avadanlıqları üzrə praktiki biliklər;
  • PLC, HMI, SCADA və sənaye kommunikasiya sistemləri üzrə biliklər;
  • Sənaye şəbəkələri və kommunikasiya protokolları üzrə biliklər;
  • Preventive Maintenance və TPM yanaşmaları üzrə biliklər;
  • Elektrik sxemlərini və texniki sənədləri oxumaq bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • İngilis dili biliyi – yaxşı səviyyədə.

Ümumi vəzifə öhdəlikləri:
  • İstehsalat sahələrində istifadə olunan dəzgah və avadanlıqların avtomatika sistemlərinin fasiləsiz və etibarlı fəaliyyətinin təmin edilməsi;
  • Avtomatika, idarəetmə və nəzarət sistemləri üzrə planlı texniki xidmət və profilaktik baxışların təşkili və icrası;
  • Avadanlıqların avtomatika hissələrində yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
  • PLC, HMI, sensorlar, ötürücülər (drives), ölçü və nəzarət cihazlarının istismarı və texniki dəstəyi;
  • Avtomatlaşdırma sistemlərinin texniki vəziyyətinin monitorinqi və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
  • Yeni avadanlıqların quraşdırılması, sazlanması və istismara verilməsi proseslərində iştirak;
  • Təmir və texniki xidmət işlərinin planlaşdırılması və koordinasiyası;
  • Texniki sənədlərin, hesabatların və istismar qeydlərinin aparılması;
  • İstehsalatın fasiləsizliyinin təmin olunması məqsədilə aidiyyəti şöbələrlə əməkdaşlıq.

Namizədə olan əlavə tələblər:

Yoxdur