Namizədə olan tələblər:
- Elektromexanika, Elektrik mühəndisliyi, Mexanika mühəndisliyi və ya digər uyğun texniki ixtisas üzrə ali təhsil;
- İstehsalat müəssisələrində elektromexanika, texniki xidmət və ya avadanlıqların təmiri sahəsində minimum 3 il iş təcrübəsi;
- Sənaye avadanlıqlarının istismarı, texniki xidməti və təmiri üzrə praktiki biliklər;
- Lean Manufacturing, TPM və ya Preventive Maintenance yanaşmaları üzrə biliklər;
- Elektrik və mexaniki sistemlərin iş prinsiplərini yaxşı səviyyədə bilmək;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- İngilis dili biliyi – yaxşı səviyyədə.
Ümumi vəzifə öhdəlikləri:
- Müxtəlif istehsal sahələrində (kabel, alüminium, polimer və digər istehsalat istiqamətləri) istifadə olunan avadanlıq və dəzgahların fasiləsiz istismarının təmin edilməsi;
- Avadanlıqlar üzrə planlı texniki xidmət və profilaktik baxışların təşkili və icrasına nəzarət;
- Elektrik, mexaniki, pnevmatik və hidravlik sistemlərdə yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
- CNC və digər sənaye avadanlıqlarının texniki vəziyyətinin monitorinqi;
- Təmir işlərinin planlaşdırılması, koordinasiyası və keyfiyyətinə nəzarət;
- Avadanlıqların məhsuldarlığının və etibarlılığının artırılması üzrə təkliflərin hazırlanması və həyata keçirilməsi;
- Texniki sənədlərin, hesabatların və istismar qeydlərinin aparılması;
- İstehsalatın fasiləsizliyinin təmin olunması məqsədilə aidiyyəti şöbələrlə əməkdaşlıq.
Namizədə olan əlavə tələblər:
Yoxdur