Namizədə olan tələblər:
- ERP (Logo Tiger) sistemində sərbəst işləmə bacarığı;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalıdır.
Ümumi vəzifə öhdəlikləri:
- İstehsalat müəssisəsinin xammal, yarımfabrikat və hazır məhsul anbarlarının fəaliyyətinə ümumi nəzarətin həyata keçirilməsi;
- Anbar təsərrüfatının kabel və elektrik istehsalının tələblərinə uyğun təşkil edilməsi;
- Anbar proseslərinin fasiləsiz və təhlükəsiz icrasının təmin olunması;
- Xammal və materialların idarə olunması;
- Kabel və elektrik istehsalında istifadə olunan xammalların (mis/alüminium tel, PVC, XLPE, -izolyasiya materialları, barabanlar və s.) qəbulu, saxlanması və istehsalata verilməsinə nəzarət;
- Daxil olan materialların keyfiyyət və miqdar baxımından yoxlanılması, uyğunsuzluqların aşkar edilməsi və rəhbərliyə bildirilməsi;
- Xammalların FIFO/FEFO prinsiplərinə uyğun saxlanmasının təmin edilməsi;
- Hazır kabel məhsullarının (barabanlı, rulonlu və s.) anbara qəbulu, saxlanması və göndərişinin təşkili;
- Yarımfabrikatların istehsalat mərhələləri üzrə düzgün uçotunun aparılması;
- Müştəri sifarişlərinə uyğun məhsul yığımı və vaxtında təhvil verilməsinin təmin edilməsi;
- Anbara daxilolma, çıxış və daxili köçürmələrin LOGO ERP sistemində vaxtında və düzgün qeydiyyatı;
- Anbar qalığı, istehlak norması və inventar məlumatlarının ERP üzərindən izlənməsi;
- ERP sistemində sənədlərin (qaimə, tələbnamə, köçürmə, inventar aktı və s.) düzgün tərtib edilməsi;
- ERP məlumatları ilə faktiki anbar qalığının uyğunluğunun təmin edilməsi;
- İnventarizasiya və hesabatlılıq;
- Müntəzəm və növbədənkənar inventarizasiyaların aparılmasının təşkili və iştirak edilməsi;
- Artıq və çatışmayan materialların səbəblərinin araşdırılması;
- Anbar fəaliyyəti üzrə aylıq və rüblük hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- İstehsalat şöbəsi ilə sıx əməkdaşlıq edərək material tələbatının vaxtında təmin edilməsi;
- İstehsalat planına uyğun xammal və material ehtiyatlarının formalaşdırılması;
- İstehsalat prosesində yaranan qalıqların və tullantıların uçotuna nəzarət;
- Anbarda əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və elektrik təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət;
- Kabel barabanlarının, ağır yüklərin və kimyəvi materialların düzgün saxlanmasının təmin edilməsi;
- Anbar sahəsinin səliqəli və təhlükəsiz vəziyyətdə saxlanılması;
- Anbardarların və köməkçi heyətin iş bölgüsünün aparılması;
- Anbar işçilərinin fəaliyyətinə nəzarət və onların iş intizamının təmin edilməsi;
- Yeni işçilərin anbar qaydaları və ERP sistemi üzrə təlimatlandırılması;
- Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq icra edilməsi;
- Anbar proseslərinin optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi;
- Daxili audit və yoxlamalar zamanı tələb olunan məlumatların təqdim edilməsi
Namizədə olan əlavə tələblər:
Yoxdur