Korporativ və Marketing Kommunikasiyalar Meneceri

Korporativ və Marketing Kommunikasiyalar Meneceri
  • Group Commercial Department
  • STP MMC
  • Elanın yerləşdirmə tarixi: 2025-12-12
Namizədə olan tələblər:
  • Jurnalistika, media menecmenti, marketing kommunikasiya, sosial elmlər və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi
  • Müvafiq sahədə minimum 7 illik iş təcrübəsi
  • Azərbaycan dilində mükəmməl yazı və danışıq bacarığı, ingilis və rus dillərində sərbəst ünsiyyət üstünlükdür

Ümumi vəzifə öhdəlikləri:
  • STP Şirkətlər Qrupunun illik xarici kommunikasiyalar və marketing kommunikasiya planlarına uyğun olaraq yerli və beynəlxalq media, şirkətin vebsaytları və digər daxili/xarici nəşrlər üçün məzmunun hazırlanması, redaktəsi və təsdiqi.
  • Kopiraytinq – məqalələr, müsahibələr, sosial media paylaşımları, marketing və satışla bağlı nəşrlər və təqdimatlar üçün narrativ məzmunun hazırlanması
  • STP Şirkətlər Qrupu haqqında media dərcinin artırılması və davamlılığının təmin edilməsi məqsədilə yerli və beynəlxalq media ilə səmərəli münasibətlərin qurulması və saxlanılması
  • Jurnalistlər və digər media nümayəndələrindən gələn müsahibə və material sorğularının cavablandırılması
  • Sənaye sahəsindəki aktual hadisələr və STP Şirkətlər Qrupu ilə əsas rəqiblərinin mediada xatırlanma dərəcəsinin izlənməsi və təhlili vasitəsilə şirkətin optimal media əhatəsinin təmin edilməsi
  • Brend imicinin monitorinqi – ənənəvi və rəqəmsal mediada şirkət haqqında pozitiv/neqativ qeyd və şərhlərin aşkarlanması
  • STP Şirkətlər Qrupunun böhran kommunikasiyası şablonlarının hazırlanması
  • Mətbuat konfransları, media turları və marketing kommunikasiya tədbirlərinin təşkili və onların Azərbaycan və zərurət olduqda xarici media tərəfindən geniş işıqlandırılmasının təmin edilməsi
  • STP Şirkətlər Qrupunun vebsayt və sosial media hesablarında məzmun idarəçiliyinin həyata keçirilməsi
  • Xarici agentliklər tərəfindən hazırlanan narrativ məzmunun nəzarəti və keyfiyyətinə cavabdehlik
  • STP Şirkətlər Qrupunun illik maliyyə hesabatının istehsalının təşkili

Namizədə olan əlavə tələblər:

Yoxdur