Namizədə olan tələblər:
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalıdır.
Ümumi vəzifə öhdəlikləri:
- Müəssisənin enerji təminatının (elektrik, qaz, su və s.) fasiləsiz və səmərəli şəkildə təmin olunmasına nəzarət etmək;
- Enerji resurslarının rasionallaşdırılmış istifadəsini təmin etmək və enerji səmərəliliyinin artırılması üzrə təkliflər hazırlamaq;
- Elektrik avadanlıqlarının, transformatorların, kompressorların, paylayıcı qurğuların və digər enerji infrastrukturunun texniki vəziyyətinə nəzarət etmək;
- Quraşdırılmış enerji sistemlərinin düzgün istismarını təmin etmək və texniki qaydalara uyğunluğunu yoxlamaq;
- Energetika sahəsində qüvvədə olan normativ-hüquqi aktlara, dövlət standartlarına, texniki şərtlərə və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- Enerji təhlükəsizliyi və iş mühitinin təhlükəsizliyi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək;
- Tabeliyindəki əməkdaşların fəaliyyətini təşkil və koordinasiya etmək, onlara texniki rəhbərlik göstərmək;
- Təmir işlərinin düzgün təşkili və vaxtında həyata keçirilməsini təmin etmək;
- İstehsal avadanlıqlarında aşkarlanmış nasazlıqlar, qəza hallarına dair analizlər və qarşısının alınması tədbirlərini əhatə edən hesabatların hazırlanması;
- Qəza hallarında operativ müdaxilə və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsini təmin etmək;
- Elektrik təhlükəsizliyi və əməyin mühafizəsi üzrə təlimatların tətbiqinə nəzarət etmək.
Namizədə olan əlavə tələblər:
Yoxdur