Əsas vəsaitlər üzrə aparıcı mühasib

Əsas vəsaitlər üzrə aparıcı mühasib
  • Maliyyə departamenti
  • STP MMC
  • Elanın yerləşdirmə tarixi: 2024-08-09
Namizədə olan tələblər:
  • Ali iqtisadi təhsil (maliyyə, mühasibat uçotu, audit və s.);
  • Müvafiq sahədə 3 il iş təcrübəsi;
  • Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı;
  • Dəqiq planlaşdırma və nəzarət bacarığı;
  • İşə yaradıcı yanaşmaq, yeni ideyaları yaratmaq və yeni ideyaları stimullaşdırmaq bacarığı.

Ümumi vəzifə öhdəlikləri:
  • Müvafiq daxili prosedur və standartların, maliyyə-uçot siyasətinin qanunvericiliyə uyğun olaraq qurulmasında və qiymətləndirilməsində (nəzarətində) iştirak etmək;
  • Xəzinə, təsərrüfat və bank hesabları üzrə əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-maddi aktivlərin, az dəyərli əşyaların, material ehtiyatlarının və hesab-fakturaların uçotunu aparmaq;
  • Bütün əsas vəsaitlərin düzgün qeydiyyatı və izlənməsini təmin etmək;
  • Əsas vəsaitlərin alınması, amortizasiyası və ləğv edilməsinin qeydlərini aparmaq;
  • Əsas vəsaitlərlə bağlı daxili və xarici audit proseslərini dəstəkləmək üçün sənədlər hazırlamaq;
  • Mühasibat uçotu standartları və qaydalarına əsaslanaraq maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək.

Namizədə olan əlavə tələblər:

Yoxdur