Namizədə olan tələblər:
- Müvafiq sahə üzrə ən az 5 il iş təcrübəsi;
- B2B satış seqmentinin iş xüsusiyyətləri üzrə praktiki bilik;
- Biznes və ya əlaqəli sahələrdə ali təhsil;
- Azərbaycan, ingilis və rus dillərində sərbəst ünsiyyət bacarığı;
- Komanda işi, təşkilatçılıq və yaradıcı düşünmə bacarıqları;
- Müştəriyönümlülük.
Ümumi vəzifə öhdəlikləri:
- Sənaye sektorunda yaxşı texniki biliyə və bazar iştirakçıları haqqında məlumata sahib olmaq.
- Müştərilərlə güclü və uzunmüddətli əlaqələrin qurulmasını və davam etdirilməsini təmin etmək.
- Potensial müştəriləri təyin etmək, cəlb etmək və satışa çevirmək.
- Maraqlı tərəflərlə strateji planları birgə hazırlamaq, bu planların şirkət hədəfləri ilə uyğunluğunu və effektiv icrasını təmin etmək.
- Şirkətdaxili strukturlarla müştərilər arasında əlaqələndirici şəxs olmaq, mütəmadi görüşlər keçirmək, təqdimatlar etmək və yeni imkanları araşdırmaq.
- Müqavilə, qiymət və digər kommersiya şərtləriylə bağlı danışıqların şirkətin mənfəətlilik siyasətiylə uyğunluğunu təmin etmək.
- Razılaşma sənədlərinin hazırlanmasını, imzalanmasını təmin etmək.
- Sənaye üzrə bazar trendlərindən, müştərilərə təsir edən tənzimləyici dəyişikliklərdən məlumatlı olmaq, rəqib fəaliyyətlərini izləmək, müştəri ehtiyaclarını proqnozlaşdırıb onların həll olunması üçün təkliflər vermək.
- Aylıq, rüblük, illik satış hədəflərinin reallaşmasını əsas performans göstəriciləri (dövriyyə, mənfəət və müştəri məmnuniyyəti) üzrə monitorinq etmək.
Namizədə olan əlavə tələblər:
Yoxdur