Satış meneceri (Tikinti sektoru)

Satış meneceri (Tikinti sektoru)
  • Qrup Biznesin İnkişafı Departamenti
  • STP MMC
  • Elanın yerləşdirmə tarixi: 2024-06-28
Namizədə olan tələblər:
  • Müvafiq sahə üzrə ən az 5 il iş təcrübəsi;
  • B2B satış seqmentinin iş xüsusiyyətləri üzrə praktiki bilik;
  • Biznes və ya əlaqəli sahələrdə ali təhsil;
  • Azərbaycan, ingilis və rus dillərində sərbəst ünsiyyət bacarığı;
  • Komanda işi, təşkilatçılıq və yaradıcı düşünmə bacarıqları;
  • Müştəriyönümlülük.

Ümumi vəzifə öhdəlikləri:
  • Sənaye sektorunda yaxşı texniki biliyə və bazar iştirakçıları haqqında məlumata sahib olmaq.
  • Müştərilərlə güclü və uzunmüddətli əlaqələrin qurulmasını və davam etdirilməsini təmin etmək.
  • Potensial müştəriləri təyin etmək, cəlb etmək və satışa çevirmək.
  • Maraqlı tərəflərlə strateji planların birgə hazırlamaq, bu planların şirkət hədəfləri ilə uyğunluğunu və effektiv icrasını təmin etmək
  • Şirkətdaxili strukturlarla müştərilər arasında əlaqələndirici şəxs olmaq, mütəmadi görüşlər keçirmək, təqdimatlar etmək və yeni imkanları araşdırmaq.
  • Müqavilə, qiymət və digər kommersiya şərtləriylə bağlı danışıqların şirkətin mənfəətlilik siyasətiylə uyğunluğunu təmin etmək.
  • Razılaşma sənədlərinin hazırlanmasını, imzalanmasını təmin etmək.
  • Sənaye üzrə bazar trendlərindən, müştərilərə təsir edən tənzimləyici dəyişikliklərdən məlumatlı olmaq, rəqib fəaliyyətlərini izləmək, müştəri ehtiyaclarını proqnozlaşdırıb onların həll olunması üçün təkliflər vermək.
  • Aylıq, rüblük, illik satış hədəflərinin reallaşmasını əsas performans göstəriciləri (dövriyyə, mənfəət və müştəri məmnuniyyəti) üzrə monitorinq etmək.

Namizədə olan əlavə tələblər:

Yoxdur