Namizədə olan tələblər:
- Təchizat və satınalma proseslərini və ümumi prinsiplərini anlamaq;
- Təchizatın planlaşdırılması və təchizatçıların performansının qiymətləndirilməsi bacarığı;
- Danışıqların aparılması bacarığı, təchizatçıların arasında düzgün seçim etmək bacarığı;
- Qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim etməli;
- Bazarı təhlil etmək bacarığı;
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparılması bacarığı;
Ümumi vəzifə öhdəlikləri:
- Sifarişçilərdən daxil olan satınalma tələblərini nəzərdən keçirmək, satınalma sorğularını hazırlamaq və müvafiq siyasət və şərtlərə uyğun olaraq icra etmək;
- Tələb olunan mal, iş və xidmətlər üzrə bazar araşdırmasını aparmaq, qiymət təkliflərini almaq, təkliflərin müqayisəli təhlilini aparmaq və səmərəli təklifi müəyyən etmək;
- Bağlanılacaq satınalma müqavilələrini icra müddətlərinə əsasən hazırlamaq, sifarişçi və icraçı ilə müqavilə şərtlərini razılaşdırmaq və imzalanmasını təmin etmək;
- Təchizatçı şirkətlərlə müvafiq qaydalar çərçivəsində görüşləri, danışıqları və yazışmaları həyata keçirmək;
- Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
- Tender predmetinə uyğun şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən təsnifat sənədlərinin təmin edilməsini təşkil etmək;
- Tender sənədlərinin qeydiyyatını təmin etmək;
- Təkliflərin texniki və maliyyə qiymətləndirilməsinin aparılmasını təmin etmək;
- Qüsurlu və ya yararsız təqdim edilən mal, xammal, yerinə yetirilən iş və ya göstərilən xidmətlər üzrə təchizatçılarla danışıqlar aparmaq və çatışmazlıqların aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər görmək;
- İnzibati idarəetmə xərclərini (internet, kommunal, icarə, nəqliyyat və digər) vaxtında icra etmək;
- Risklərin minimallaşdırılması məqsədi ilə müqavilə şərtlərini təhlil etmək;
- Satınalmalar sahəsində işlərin təkmilləşdirilməsi üçün təkliflər vermək;
- Satınalma proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatları hazırlamaq;
Namizədə olan əlavə tələblər:
Yoxdur