Avtokar sürücü

Avtokar sürücü
  • Qaynaq Quraşdırma zavodu
  • STP METAL STRUCTURES
  • Elanın yerləşdirmə tarixi:
Namizədə olan tələblər:
  • Avtokar sürmək üçün müvafiq vəsiqənin və ya sertifikatın olması mütləqdir. Məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı.

Ümumi vəzifə öhdəlikləri:
  • Departament rəhbərinin təqdim etdiyi sifarişlərə əsasən, nəqliyyat vasitələrini fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək. • Nəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək; • İstifadə etdiyi nəqliyyat vasitəsinin istismarı üzrə təlimatları, qaydaları şərtsiz riayət etmək; • İstifadə etdiyi nəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq; • İstifadə etdiyi nəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək. • Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək. • Rəhbərliyin verdiyi digər tapşırıqlara əməl etmək.

Namizədə olan əlavə tələblər:

Yoxdur