Namizədə olan tələblər:
- Audit, iqtisadiyyat, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil;
- Beynəlxalq dərəcəli sertifikatlara (CIA, ACCA və s.) sahib olmaq və ya bu istiqamətdə inkişaf fəaliyyətini davam etdirmək;
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında sərbəst iş bacarığı;
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı, ingilis və rus dillərində işgüzar səviyyədə ünsiyyət bacarığı üstünlükdür;
- Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maliyyə-təsərrüfat sahəsində müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmiş olmamaq;
- Yüksək peşə hazırlığına və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmaq;
- Analitik təhlil qabiliyyətinə malik olmaq.
Ümumi vəzifə öhdəlikləri:
- Daxili audit fəaliyyətini iş planına uyğun həyata keçirmək;
- Audit yoxlamalarının nəticələrini daxili audit departamentinin standartlarına uyğun olaraq sənədləşdirmək;
- Audit yoxlamalarının və xüsusi araşdırmaların, habelə məsləhət xidmətləri üzrə layihələrin həyata keçirilməsini təmin etmək;
- Öz vəzifələrinin icrası zamanı fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmaq, qarşıya qoyulmuş tapşırıqları vicdanla yerinə yetirmək.
Namizədə olan əlavə tələblər:
Yoxdur