Namizədə olan tələblər:
- Audit, iqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil;
- Yerli və Beynəlxalq Mühasibat Uçotu Standartları və vergi qanunvericiliyi dair dərin biliklər;
- Daxili Audit, Kibertəhlükəsizlik, Risklərin İdarə edilməsi və Daxili Nəzarət üzrə diplom və sertifikatların mövcudluğu;
- Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi;
- Azərbaycan, ingilis və rus dillərini işgüzar səviyyədə bilmək.
- Beynəlxalq dərəcəli sertifikatlara malik olmaq (CIA, ACCA və s) üstünlükdür.
Ümumi vəzifə öhdəlikləri:
- Təyin olunmuş audit sahəsi üzrə detallı və praktiki audit planı hazırlamaq;
- Audit planı ilə bağlı fəaliyyət istiqamətlərinin müəyyən edilməsi, onların əhəmiyyət dərəcəsini və və qiymət, qrafik və keyfiyyət baxımından fəaliyyətə xas məcmu risk səviyyəsinin qiymətləndirilməsi;
- Təyin edilmiş daxili audit layihələrinin fəaliyyətini təmin etmək;
- Daxili auditor funksiyasını yerinə yetirən əməkdaşları düzgün istiqamətləndirmək və onlara dəstək olmaq;
- Təyin olunmuş sahədə auditin həcmi və audit fəaliyyətinin nəticələri barədə Audit Komitəsinə hesabatlar hazırlamaq, eyni zamanda həmin nəticələr barədə düzgün izahat verməklə auditin iş qrafikini və həcmini optimallaşdırmaq;
- İdarəetməyə yönəlmiş daxili audit fəaliyyətlərinin səmərəliliyinin artırılmasına yönəlmiş vəzifələri səmərəli şəkildə idarə etmək;
- Daxili audit əməkdaşlarının peşəkarlığının artırılması üçün təlimlərin keçirilməsi;
- İnkişaf imkanlarının müəyyən edilməsində Daxili Audit Departamentinin rəhbərinə dəstək olmaq;
- Daxili audit qrupu tərəfindən hazırlanmış audit hesabatlarının nəzərdən keçirilməsi, hesabatların məzmununun qiymətləndirilməsi və audit obyekti, habelə, üst rəhbərliklə müzakirə olunacaq məsələlərin müəyyənləşdirilməsi;
- Yekun hesabatların hazırlanması və həmin hesabatların məzmununun departament direktoru ilə müzakirəsi;
- Daxili Audit Rəhbərinə / Audit Komitəsinə hesabat vermək;
Namizədə olan əlavə tələblər:
Yoxdur