Namizədə olan tələblər:
- Hüquq sahəsində bakalavr dərəcəsi (Magistr dərəcəsi üstünlükdür)
- Layihələrin idarəedilməsi sahəsində rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi;
- Layihələrin idarəedilməsi (PMP) sertifikatına üstünlük verilir;
Ümumi vəzifə öhdəlikləri:
- Müxtəlif ölçülü layihə qruplarına rəhbərlik etmək və layihənin sonunadək izlənməsi;
- Layihələrin idarəedilməsi metodologiyaları haqqında biliklərə sahib olmaq;
- Layihənin məqsədlərini, əhatə dairəsini, rol və məsuliyyətlərini müəyyən etmək;
- Layihənin əsas mərhələlərini, iş axınını və fəaliyyətlərini planlaşdırmaq üçün ətraflı layihə planının hazırlanması;
- Layihənin icrasını hazırlanmış plana uyğun idarə etmək;
- Layihə komandasına və əsas tərəfdaşlara layihənin cari vəziyyəti ilə bağlı hesabatların müntəzəm təqdim edilməsi və layihənin izlənməsi;
- Potensial risklərin müəyyən edilməsi və azaldılması;
- Strategiyanın və əməliyyat modelinin hazırlanması təcrübəsi.
Namizədə olan əlavə tələblər:
Yoxdur