Məqsəd
Bu qaydalar portaldan istifadə zamanı müraciətçilərin informasiya təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə tərtib edilmişdir.
İstifadə qaydaları
İstifadə qaydaları portalın ümumi istifadəsi üçün nəzərdə tutulmuşdur. Aşağıda qeyd olunuş hallarda, şirkət müraciətçinin www.stpcareer.com portalından istifadəsini müvəqqəti və ya həmişəlik məhdudlaşdıra bilər:
- Özündə düzgün olmayan infoirmasiyaları əhatə edən CV lərin portala yerləşdirilməsi halı aşkarlanarsa
- Portal üzərindən CV dən kənar reklam və ya üzvlük satışı kimi məlumatların yerləşdirilməsi cəhdi aşkarlanarsa.
- Virus və ya buna bənzər digə rvasitələrlə portalın fəaliyyətinə maneə yaratmaq faktı aşkarlanarsa
- Portalın istifadə qaydalarına zidd istənilən növ elektron məktubun göndərilməsi və ya səhifəni bloka salmaq məqsədilə eyni anda çoxlu sayda ticari və / və ya şəxsi elektron məktubların göndərilməsi faktı aşkarıanarsa
Məxfilik prinsipləri
Portal idarəçiləri sistemdə qeydiyyatda olan üzvlərin məlumatlarının təhlükəsizlik və məxfilik prinsiplərininin həyata keçirilməsini təmin edir.
- Portala üzv olan, lakin, tələb olunan və gözlənilən gizlilik prinsiplərinə və şərtlərinə uyğun olmayan şəxslərin və ya şirkətlərin (firmaların) bu prinsipləri yerinə yetirməyib istənməyən bir vəziyyətlə ya da qaydaları pozmaları halında portalımız məsuliyyət daşımır. Belə arzuolunmaz hallarla qarşılaşdıqda istəyinizdən asılı olaraq sistemdən CV-nizi silə bilərsiniz.
- Portalda sizə aid istifadəçi adı və şifrə ilə eyni zamanda iki nəfər sistemə qətiyyən daxil ola bilməz. Əgər portala sizə aid ad və şifrə ilə daxil olması barədə məlumat əldə etsəniz, həmin an portala təkrar daxil olaraq şifrənizi yeniləməyiniz lazımdır
- Şifrənin məxfiliyi məsuliyyətini istifadəçi özü daşıyır. Şifrənin üzv tərəfindən bir başqasına verilməsi nəticəsində yarana biləcək problemlərdən üzv özü cavabdehdir.
Məxfilik razılaşması
İstənilən təhlükəsizlik tədbirlərinin görülməsinə rəğmən qanuni olmayan hər hansı bir yolla məlumatlarınız başqaları tərəfindən ələ keçirilərsə, məsuliyyəti qanunu tapdalayaraq məlumatları ələ keçirən şəxslərdə olacaqdır. Bu kimi vəziyyətlərlə qarşılaşsanız zəhmət olmasa dərhal bizə bildirin.
Bu vəziyyətdə, qanuni hüquqlarımızı istifadə edərək, mövzu haqqında hüquqi prosesə başlaya bilərik.