Namizədə olan tələblər:
- ISO/IEC 27001, NIST, COBIT, və ya SOC 2 kimi təhlükəsizlik və idarəetmə standartları üzrə biliklər
- Firewall sistemlərinin (Palo Alto, FortiGate, Check Point) konfiqurasiyası və idarə edilməsi
- Təhlükəsizlik monitorinq sistemləri (SIEM - Splunk, QRadar, ə s.) üzrə təcrübə
- EDR, DLP, VPN, NAC, MDM kimi təhlükəsizlik həllərində işləmə bacarığı
- Məlumatların şifrələnməsi və kriptoqrafik alətlər (PKI, TLS, PGP, və s.) haqqında biliklər
- Penetrasiya testlərinin nəticələrinin analizi və zəifliklərin aradan qaldırılması üzrə biliklər
- Microsoft 365 təhlükəsizlik ayarları (MFA, Conditional Access, Defender for 365 və s.) haqqında biliklər
- Risklərin qiymətləndirilməsi və idarə olunması üzrə təcrübə
- Təhlükəsizlik insidentlərinin idarə edilməsi üzrə bilik və bacarıqlar
- İT infrastrukturunun (şəbəkə, serverlər, istifadəçi son nöqtələri və s.) təhlükəsizlik baxımından ümumi anlayışı
- CEH, CISSP, CISM, CompTIA Security+, ISO/IEC 27001 LA, PCNSA və ya PCNSE beynəlxalq sertifikatlar (ən azı 1-i mütləqdir)
Ümumi vəzifə öhdəlikləri:
- Təşkilatın informasiya təhlükəsizliyi siyasət və prosedurlarının hazırlanması və tətbiqinə nəzarət
- ISO/IEC 27001 və digər beynəlxalq standartlara uyğunluğun təmin edilməsi və daxili auditlərin keçirilməsi
- Şəbəkə, server və son nöqtə təhlükəsizliyinin təmin edilməsi üçün nəzarət mexanizmlərinin tətbiqi (firewall, EDR, NAC, DLP və s.)
- Təhlükəsizlik hadisələrinin (insidentlərin) monitorinqi, araşdırılması və cavablandırılması (SIEM, SOAR sistemləri ilə)
- Phishing və digər sosial mühəndislik hücumlarına qarşı maarifləndirmə proqramlarının hazırlanması və keçirilməsi
- Məlumatların təsnifatı, şifrələnməsi və mühafizəsi siyasətlərinin tətbiqi
- Üçüncü tərəf risklərinin qiymətləndirilməsi və məlumat təhlükəsizliyi müqavilələrinin hazırlanmasında iştirak
- Təhlükəsizlik zəifliklərinin təhlili və müvafiq düzəlişlərin planlaşdırılması (Vulnerability Assessment & Penetration Testing nəticələri əsasında)
- Yeni sistem və layihələr üzrə təhlükəsizlik risklərinin ilkin qiymətləndirilməsi və tövsiyələrin verilməsi
- Təhlükəsizlik insidentlərinin qeydə alınması, insident reyestrinin aparılması
- Aylıq və illik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
Namizədə olan əlavə tələblər:
Yoxdur